Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəkdə stenokardiya hansı səbəbdən yaranır?

  • 2021.11.04 17:29
  • 4679 Baxış
Ürəkdə stenokardiya hansı səbəbdən yaranır?

Stenokardiya ürəkdə ağrılarla müşayiət olunan xəstəlikdir və daha çox orta yaşlarda meydana çıxır.

Medicina.az xəbər verir ki, kardioloq Nadejda Kirkovskaya stenokardiyanın yaranma səbəblərini açıqlayıb.
Bu xəstəlik ürəyin işemik xəstəliklərinin bir növüdür. Yandırıcı, sıxıcı ağrı öndə və arxadan tutur. Döş qəfəsinin sol tərəfindən ağrı kürəyə, çiyinə, sola, çənəyə yayıla bilər.


“Xəstəliyin 80% hallarda səbəbu koronar damarların tutulması, aterosklerozudur. Bu zaman ürək əzələsinin qanla təchizi azalır. İstənilən fiziki yük, hərəkət,psixoemosinal durum, qaçma zamanı ürəyin qanla, oksigenlə təchizatı lap pisləşir, çünki damarlar funksiyasını yerinə yetirmir, ürəyə güc düşür və stenokardiya tutmaları başlayır.


Ürəyin oksigen aclığı başlayır.

Beləliklə, stenokardiyanın başlıca səbəbləri:

- Aterokskleroz
- Fiziki ağır yük

- Stress, depressiya, gərginlik
- Yüksək təzyiq
- Siqaret, içki

- Zərərli iş
- Qanda xolesterinin artması
- Piylənmə
- Az hərəkət etmək

İlk şübhəli ağrıda mütləq kardioloqa müraciət edən. Çünki stenokardiya ağrısı birdən tutur, sonra kəsilir. Onu diaqnoz edib, nəzarətdə saxlamaq lazımdır.