Əksər insanlar hər gün ürəyində öndən və arxadan qəfildən sanki ürəyinə iynə, bıçaq salındığını və sancı olmasından şikayətlənir. Çox zaman bu insanlar gənc və orta yaşlılar olur.
Ürəkdə ara-sıra sancı, batma kimi hisslərin səbəbi təkcə ürəklə bağlı olmaya da bilər.
Medicina.az ürəkdə deşici ağrının mümkün səbəblərini təqdim edir:
Ürək nahiyəsində istənilən ağrı, sancı birbaşa
ürək-damar problemləri, onurğa və onurğa sütunu problemləri, mədə və ağciyərlərdən qaynaqlana bilər.
Bəs necə bilmək olar ki, problem ürəkdə yox, ayrıdır?
Bunun üçün evdə ağrının xarakterini izləmək lazımdır. Əgər ağrı ürəkdəndirsə, onun üçün sakit və ya hərəkətli vaxtın önəmi yoxdur. İnsan uzananda da. sakit halda da, gəzəndə də sancı olur.
Yox əgər ağrı ancaq qəfil hərəkət edəndə, gəzəndə, oturub qalxanda və ya əsəbləşəndə olursa, bu daha çox başqa səbəblərdəndir.
Ürək ağrısının özəlliyi:
- Ağrı zəif başlayır, yüksəlir, sonra qəfil itir. Ürək ağrısı bir neçə dəqiqə olur. Digər ağrılar isə daimi olur və saatlarla, daha uzun müddət davam edir.
- Nitreqlisirinlə sınaq - əgər ürəyin işemik problemi varsa, nitreqliserini dilin altına qoyan kimi ağrı kəsilir. Bu zaman ürəkdən şübhələnmək olar.
- Əgər ağrı insan hərəkət edəndə əzələlərə, qabırğalara kəskin vurursa, əzələlərin spazmı baş verirsə və üstəlik xəstə ağrını izah edir, göstərir, aktiv hərəkət edirsə, deməli onun ürəyi yox, qabırğalararası siniridir.
Çünki ürək xəstəsinin danışmağa və aktiv nəyisə izah etməyə halı olmur və o ağrını ümumiyyətlə izah edə bilmir.
- Ürək ağrısında xəstə konkret olaraq bir nöqtəni göstərir və kənar heç bir fikir söyləmir. Eləcə də onun tənəffüsündə dəyişiklik olur.
Ürəkdən gələn ağrının digər əlamətləri:
- Ürək ritmi, vurğusunun ya kəskin azalması, ya artması
- Baş hərlənmə
- Soyuq tər
- Təngnəfəslik
- Dodağın, bənizin ağarması
- Ürəkbulanma
- tərləmə
- Bayılma hissi
Ürəyə bıçaq batırma ağrısının digər səbəbləri:
- Boyun və döş qəfəsində onurğa problemləri, ostexondroz
- Vegetativ distoniya, nevrozlar, taxikardiya, stress, təşviş
- Qalxanvari vəzdə problemlər
- Hər hansı virus xəstəlikləri
- Ağciyərlərin iltihabı, plevrit
- Aortanın tutulması və ya yırtılması
- Mədədə qastrit, rüflüks, QERB – turşuğulun artması, diafraqmal yırtıq
- Miozit - əzələlərin iltihabı
- Stenokardiya – damarların spazmı, qan dövranı pozulması
Bu kimi ağrılarda birinci kardioloqa gedilib yoxlanılır, daha sonra nevroloq digər səbəbləri araşdırır.
4 ildir qorxu, həyəcan içindəyəm.Axırıncı bir neçə aydır ürəyimdən qısa müddətli sancılar olur.Düz ürəyimin üstündən sinə çuxuruna yaxın yerdən əllə azacıq sıxanda agrı hiss olunur, elə bil nə vaxtsa yumruqla vurulub.Həkim bu nədir və necə müalicə edim? Allah sizi qorusun.
Çox səbəb yazibe day denenki bu sancmani bilmek üçün başdan ayağa müayinə lazımdır ki
Həkim heç kimə qoz qoymur
Üreyimde sancı var nedendir
Üreyimde sancı var nedendir hekim
Salam ürək ağrısını tam dəqiqləşdirmək üçün hansı müayinələrdən keçmək lazımdır?
Urəyim agsamdan yaman sancir və nə edə bilərəm basima vurur urəyim bulanir təzyiqim qalxir
Salam hekim ürəkdə sancı nedendir
Burda yazilan komentlerin hamsinin cavabi yuxarida var..urey aqrisi olanda tenginefeslik halsizliq tezyiq qalxmasi kimi ozunu bildirir ve en esas insan hereket eliye bilmir yiqilir
salam həkim menim ureyimde agri olur iyne kimi batir kureyimin duz ortasina agri vurur.ürey xesteliyinjn elametiidi?
Salam Hekim Bir neçə vaxtdır ürək döyüntülərim çoxalıb az evvel.olcdum181 oldu sakitləşdirici qəbul edirem biraz düzəlir sonra yenə başlayır zəhmət deyilse cavab yazardız yaşım 43 Bakıda yaşayıram kasıb bir insanam ne etməyimi məsləhət edərdiz?
Nə yaşımız varki indidə beləyik biz. Stress gələcək qayğıısı pis günə qoyub bix cavanları. Yaşım 27. ( insta sha.027
salam hekim ne olar cevap deyerdiz
Salam həkim . Mənim 17 yaşım var. 4 gunudu ki urəyimdə sanci var dərman agrisi sol qabirga altina vurur . Agri kəsici dərman atiram sakitlasmir . Zəhmət olmasa bu agrinin səbəbini deyərdiniz . Oncədən təşəkkürlər ????
Qız