Çox insanlar yanlış olaraq elə bilir ki, ürəkdə xərçəng olmur və belə bir hadisə eşitmədiklərindən əmindir ki, ürəkdə bədxassəli şiş yaranmır. Həqiqətən də ürək xərçəngi nadir halda rast gəlinir, amma onkologiyada var. Bunu həkimlər və alimlər bilir. İndi sizin də bilməyinizin vaxtı gəlib.
Statistikaya görə, təkcə ABŞ-da bu diaqnozla ildə 3 pasiyent qeydə alınır. Dünyada isə belə xəstələr çoxdur. Bəlkə də çox xəstələr bu diaqnozu heç öyrənmədən ürək problemindən ölür.
Medicina.az ürək xərçənginin səbəbləri və əlamətlərini təqdim edir.
Ürək əzələrində rast gəlinən şiş əslində ikincili xərçəngdir. Yəni digər orqanlarda yaranmış xərçəngin metastazıdır: ağciyər, süd vəzi, mədə, mədəaltı vəz, onurğa, qalxanvari vəz və s.
Xəstəliyin irəli mərhələlərində şiş ürəyə də sıçrayır.
Ürəyin yeganə birinci dərəcəli xərçəng növü isə sarkomadır.
Bu qrupa aiddir:
-Angiosarkoma – damar və limfalardan yaranır
-Fibrosarkoma – yumşaq toxumada yaranır
-Liposarkoma – mezinximin hüceyrələrindən qaynaqlanır
-Rabdosarkoma - əzələdən başlaylr
Ürək şişlərinin yaranmasına bu faktorlar səbəb olur:
-Digər orqanlarda şiş və metastazlar
-İnfeksion xəstəliklər
-Çox siqaret və içki
-Orqanizmin toksinləşməsi
-Damar problemi
-Həddən artıq çəki, piylənmə
Risk qrupunda 55-70 yaş arası kişilərdir.
Simptomları:
-Hərarət yüksəlməsi
-Orqanizmin ümumi zəifləməsi
-Sinədə, kürəkdə küt ağrı
-Ürk ritminin pozulması – zəiflik, yüksəlmə
-Ürək çatışmazlığı əlamətləri
-Ürək blokadası
-Dəridə səpki, qaşınma
-Təngnəfəslik
-Titrətmə
-Taxikardiya
Nəyə görə ürək şiş hüceyrələrinə dözümlüdür?
Məsələ ürək əzələsinin strukturu və bu orqanda qan dövranı və maddələr mübadiləsinin güclü olmasındadır. Əzələ hüceyrələri miositlər digər orqanların hüceyrələri kimi bölünüb çoxalmır. Onların ölçüsü böyüyür. Xərçəng isə hüceyrə bölünməsindən yaranan xəstəlikdir. Ürək əzələsinin miositlərinin bölünməsi erkən mərhələdə dayandığı üçün şiş hüceyrələri orda yayılmır.
Amma bu hüceyrələr bir tərəfdən xərçəngə qarşı dözümlüdürsə, digər tərəfdən onların bölünməməsi insan üçün lənətdir. Məhz bu xüsusiyyətinə görə
ürək-damar zədələnmələri bərpa olmur, insanı tez öldürür. Ürək toxuması nekroz olarsa, o bir daha bərpa olmur.
Diaqnostika
Erkən mərhələdə onu tapmaq qeyri-mümkündür. Çox ustalıqla maskalanırlar. İlk olaraq kardioloq müayinəsi, KT, ürək MRT-si aparılır, analizlər yoxlanılır. Əgər həkim yanaşı digər əlamətlərə fikir versə, düzgün diaqnoz etsə, xərçəngi aşkarlayır. Adətən bunu hər həkim bacarmır və 80% hallarda xəstə artıq metastazlaşmış vaxtda gəlir. Ürək xərçəngi xəstəyə 12 ay vaxt verir.
Müalicəsi
Təəssüf ki, uğurlu deyil. Əməliyyat edib şişi götürmək mənasızdır, çünki ürək quruluşu və əzələsi, hüceyrəsi buna imkan vermir və şiş kəsilsə də, 1 il sonra təkrar yaranır. Adətən kimya və şüa terapiyası verilib, metastaz yubadılır. Uğurlu kimyaterapiya olsa, xəstənin ömrü 3-5 il arası uzanır.