Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürəkbulanmanı dərmansız kəsməyin 5 yolu SINANILIB

  • 2020.02.07 18:19
  • 5500 Baxış
Ürəkbulanmanı dərmansız kəsməyin 5 yolu  SINANILIB

Mədə bulanmasının baş verməsinin onlarla səbəbi və tətikləyici faktoru var. Onların bəziləri zərərsizdir, bəziləri ciddi sağlamlıq problemidir.

Uzun yol, maşında silkələnmə, yorğunluq, mədə-bağırsaq soyuqdəyməsi, hər hansı qidanın təsiri, hava dəyişimi, təzyiq və s.

Medicina.az ürəkbulanmaya qarşı dərmansız asan metodları təqdim edir.

1. Təmiz hava – sizi xoşagəlməz qoxulardan da xilas edəcək, orqanizmə daha çox oksigen daxil olacaq və beyin elə də təhlükədə olmadığınızı anlayıb nədəyə sakitləş əmri verəcək. Əgər qapalı otaqda, metroda, maşında, avtobusda ürəkbulanma başlayıbsa, düşüb havada dayanmağınız lazımdır.

2. Tənəffüs hərəkəti - Təmiz havaya çıxdıqdan sonra asta və dərin tənəffüs metodunu sınayın. Alimlər sübut edib ki, tənəffüsün nəzarətə alınması 60% hallarda ürəkbulanmanı kəsir. Belə ki, nəfəsi burundan alıb 3 saniyə saxlayın, sonra burundan verin. Daha sonra burunu tutub, ağızdan 3 saniyəyə nəfəsi alıb saxlayın, sonra verin. 3-5 dəfə belə təkrar edin. Bu zaman gözlərinizi bağlayın.

3. Yeməkdən sonra uzanmayın – qarnı üstə uzanmaq ürəkbulanmanı artırır. Dincəlmək istəyirsizsə, kürəyiniz arxasına yastıq qoyub, yuxarı hissə dik vəziyyətdə uzanın.

4. Soyuq maye için. Alimlər sübut edib ki, hər hansı soyuq içkidən 3 qurtum almaq, məsələn adi su, limonad və ya hətta Cola ürəkbulanmanı azaldır. Eləcə nanəli çay içə bilərsiz.

5. Limon qabığı və zəncəfil çeynəyin
Zəncəfilin hamiləlik və kimyaterapiya sonrası ürəkbulanmalarda effektiv təsiri görülüb. Bu ikisi həm də ürəkbulanma qida və ya kimyəvi zəhərlənmədən olarsa, onları da zərərsizləşdirə bilər. Ona görə aptekdənsə, marketə girib limon, zəncəfil axtarın