Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək xəstəliklərinin səbəbi bəlli oldu

  • 2019.08.19 09:10
  • 10221 Baxış
Ürək xəstəliklərinin səbəbi bəlli oldu
Ürək xəstəliklərinin yayılmasının əsas səbəbi fast food restoranlar imiş. Medicina.az xəbər verir ki, kardioloqlar bu əlaqəni Yeni Cənubi Uels sakinlərinin məlumatlarının təhlilinin nəticələrinə əsasən müəyyənləşdirib. Belə ki, hər yeni fast food müəssisəsi üçün ildə dörd yeni infarkt hadisəsi qeydə alınıb. Ümumilikdə, 3070 nəfər 2011-2013-cü illərdə ürək çatızmazlığı ilə xəstəxanaya yerləşdirilib. Bu isə mütəxəssislərin diqqətini cəlb edib. Ekspertlər piylənmənin, hipertoniyanın, diabetin, siqaret çəkmənin və infarktın riskini artıra biləcək digər amillərin mövcudluğunu nəzərə alıblar. Həmçinin fast food müəssisələrinin ümumi sayı, onların yeri sıxlığı və infarkt statistikası müəyyən edilib. Alimlər fast food nöqtələrinin yerləşdirilməsinin sıxlığını azaltmağa və mağazaların sağlam qidalarla mövcudluğunu artırmağa çağırıblar. Hesabatda deyilir: "fast food-un istifadəsi ölümcül və qeyri-ölümcül infarkt tutmalarının daha yüksək ehtimalı ilə bağlıdır. Aşağı qida keyfiyyəti, yüksək miqdarda duz, şəkər və doymuş yağlarda bu cür qidaların hazırlanması da səbəblər sırasındadır. Buna baxmayaraq, fast food-un alışında sürətli artım var".