Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək xərçəngi Angiosarkoma - 3 əlaməti

  • 2024.02.02 16:12
  • 1603 Baxış
Ürək xərçəngi Angiosarkoma     - 3 əlaməti

Angisarkoma adlanan ürəyin bədxassəli şişi nadir də olsa, əsasən 45 yaş üzəri kişilərdə rast gəlinir.


“Medicina”xəbər verir ki, onkoloq İrina Oleynikova ürək xərçəngindən danışıb.


“Bu xəstəlik ürəkdə uzun müddət səssiz gedir, xəstə çox zaman ürəyinin sadəcə ağrıdığını düşünür.
Miokard toxumasında yaranan şiş endotel hüceyrələrindən formalaşır, perikardı da zədələyir. Angiosarkoma çox nadir xəstəlikdir,

ürək-damar xəstəlikləri içində 0,2 faiz yer tutur.

Artıq şiş böyük ölçülərə çatanda diaqnoz olunur. EXQ və EKQ ürək şişini kiçik ölçülərdə görmür.

Xəstələr digər ürək xəstəliklərindəki əlamətləri hiss edir: zəiflik, təngnəfəslik, taxikardiya, qarının böyüməsi, əl-ayaqda şişkinlik, ürəkdə, kürəkdə ağrı, təzyiq oynaması, öskürək, boğulma və s.


Getdikcə adi gəzərkən, pilləkən çıxarkən tövşümə və gücsüzlük olur. Daha çox yüksək radiasiyaya məruz qalan, kanserogenlərin təsiri, fiziki zədələnmədən və içki içən şəxslərdə yarana bilər. Bu xəstəliyin genetik amilləri sübut olunmayıb.

Sarkomanı kardio çek-ap, analizlər və ürək MRT-si göstərə bilər”.

Aygün Musayeva