Kifayət qədər kalsium tərkibli qidalar qəbul etmədiyimiz zaman D vitamini çatışmazlığı, maqnezium çatışmazlığı və kalsium çatışmazlığı kimi sağlamlıq problemləri ilə qarşılaşırıq.
Medicina.az xəbər verir ki, kalsium çatışmazlığının simptomları aşağıdakılardır:
- Sümüklərin zəifləməsi, dırnaqlarda deformasiya və qırıqlar, quru dəri
- Əzələ ağrıları və krampları, tetaniya, qismən və ya ümumi epileptik tutmalar
- Ağız ətrafında və barmaqlarda uyuşma
- Uşaqlarda diş çürükləri
- Yuxu problemləri
- Tez-tez xəstələnmək
- Çəki itirməkdə çətinlik çəkmək
- Menstruasiya əvvəli ağrı və şişkinliyin artması
- Katarakt və görmə pozğunluqları
-Kəllədaxili təzyiqin artması, zehni durğunluq, əsəbilik, aşağı intellektual qabiliyyət, narahatlıq və şəxsiyyət pozğunluqları, depressiya və psixoz
Bədənin gündəlik ehtiyac duyduğu kalsium miqdarı yaşa, cinsə, fiziki fəaliyyət səviyyəsinə və digər amillərə görə dəyişə bilər. Bununla belə, ümumiyyətlə, mütəxəssislər 19-50 yaş üçün orta gündəlik kalsium miqdarının 1000 mq olduğunu söyləyirlər.
Sümük sağlamlığını dəstəkləmək və qorumaq üçün kalsium miqdarını artırmaq lazım ola bilər.
Xüsusilə inkişaf etməkdə olan uşaqlarda və yaşlılarda kalsiuma ehtiyac daha yüksək olur.
Kalsium ürək sağlamlığı üçün də vacibdir.
Kalsiumla zəngin 3 qidanı təqdim edirik:
Noxud
Kalsiumla zəngin olan noxud sağlamlığa müxtəlif faydalar da verir. Yüksək bitki zülalı və pəhriz lifləri ilə diqqət çəkir. Noxud antioksidant təsirləri ilə xəstəliklərlə mübarizə aparır və kalsium ehtiyacını qarşılamaq üçün veqan qidalanma proqramlarında mühüm yer tutur.
Süd
Kalsiumun ən əhəmiyyətli qaynağı süddür və onun müntəzəm istehlakı sümük sağlamlığı üçün çox vacibdir. Bədən tərəfindən effektiv şəkildə mənimsənilməsi üçün D vitamini ilə birlikdə kalsium qəbul etmək vacibdir. Ona görə də süd və ya digər kalsium tərkibli qidalarla D vitamini qəbul etməyə diqqət etmək lazımdır.
Küncüt
Kalsium baxımından çox zəngin olan küncüt kalsium ehtiyacını qarşılamaq üçün əla seçimdir.
Aysel