Bioloji olaraq orqanizmə evdə və ya ətrafda, hər gün istifadə etdiyiniz əşyalar təsir edə bilər. Bu mif deyil, reallıqdır.
“Medicina” xəbər verir ki, hindli həəkim Əmir xan ürək və ağciyərlərə mənfi təsir göstərən səkkiz məişət əşyası haqqında danışıb.
O, bildirib ki, hava təravətləndiriciləri, aerozol dezodorantları və saç lakları sağlamlığa təsir göstərir.
“Eləcə də təmizləyici, yuyucu vasitələr ürək və ağciyərlərə təsir göstərir. Çünki onların tərkibində tənəffüs yollarını qıcıqlandıran, sinir uclarını və digər orqanları zədələyən, baş ağrısı və ürəkbulanma yarada bilən uçucu üzvi birləşmələr var.
Ətirli şamlar və çubuqlar zərərli təsir göstərir, çünki yanma zamanı zəhərli hissəciklər buraxırlar”.
Həkim havanı təmizləyəcək bitkilər almağı, həmçinin ventilyasiyaya nəzarət etməyi, otağı mütəmadi olaraq havalandırmağı məsləhət gördü. Çalışın orqanik, təbii vasitələrdən istifadə edəsiz.
Aygün Musayeva