Sadə karbohidratlarla zəngin qarnirlər ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Rasionda daimi kartof və makaron damar və ürək xəstəlikləri riskini artırır. Çox vaxt bu xəstəliklərdən danışarkən yağlı ət, yağ və digər yağlarla zəngin qidaların təhlükəsindən danışmağa başlayırlar.
“Medicina” xəbər verir ki, kardioloq Anna Korneviçin sözlərinə görə, rasionunda sürətli karbohidratlar üstünlük təşkil edən insanların ürək və damar xəstəliklərindən əziyyət çəkdiyi sübut edilib.
“Sadə karbohidratlarla zəngin qidalara şirniyyatlar və ağ un məhsulları daxildir.
İstifadəsi məhdudlaşdırılmalı olan məhsulların siyahısında kartof, ağ düyü, makaron (əgər bərk buğdadan deyilsə) var. Bir çox insanlar belə yeməkləri kolbasa, hər cür hisə verilmiş ətlərdən daha tez-tez yeyirlər.
Ən geniş yayılmış qarnir yeməklərdən biri olan kartof püresinin tərkibində sadə karbohidratlar çox miqdarda olur. Bu yemək çox tez udulur və qan şəkəri səviyyəsində kəskin sıçrayışa səbəb olur.
Meydana gələn karbohidratlar orqanizm tərəfindən yağa çevrilir. Böyük həcmdə sadə karbohidratların gündəlik istehlakı lipid metabolizmasının pozulmasına və piylənmənin inkişafına, diabetin və damar patologiyalarının görünüşünə səbəb olan proseslərin riskini artırır”.
Günay Quluzadə