Elmi araşdırmalar darçının istifadəsinin xeyli faydasını sübut edib.
"Medicina" xəbər verir ki, təbii darçın çubuqları antioksidantlarla zəngindir.
O, orqanizmi oksidləşmiş stress, sərbəst radikallardan qoruyur.
Oksidləşmiş stress orqanizmdə bir çox xəstəliklərin əsasını qoyur: ateroskleroz, diabet, ürək-damar xəstəlikləri, Alsgeymer, Parkinson və s.
2020-ci ildə aparılmış 3 elmi tədqiqata görə, darçın qanda antioksidantların səviyyəsini yüksəldir, o da orqanizmdə iltihabı azaldır, xroniki xəstəliklərdən qoruyur.
Alimlər bildirir ki, gündə 1,5 qram darçın triqliseridlərin, xolesterinin, şəkərin miqdarını azaldır.
Bununla da ürək-damar xəstəlikləri riski xeyli azalır.
İnsulin rezisdentliyinə qarşıdır, kimlər ki, diabet 2 olma riski var, mütləq darçın istifadə etsin.
II tip diabet zamanı gündə 2-5 qram darçın müalicəyə əlavə oluna bilər.
Darçın beyini qoruyur. 2017-ci ildə dərc olunmuş elmi məqalədə darçının baş beyində tay-zülalların yığılmasının qarşısını aldığını, Alsgeymerə mane olduğunu sübut edib.
Ehtiyatlı olun. Tövsiyə olunan dozanı aşmayın. Çünki darçında kumarin adlı maddə var, o qaraciyərə zərərdir. Gündə 3-5 qramı aşmaq olmaz.
Aygün Musayeva