Ürək-damar sağlamlığının qeydinə qalmaq üçün ona zərərli ola biləcək qidaları rasiondan tam çıxarmaq lazımdır.
Medicina.az xəbər verir ki, tibbi ekspert Loren Meneker ürək üçün ən zərərli 2 qidanı açıqlayıb.
O, qeyd edib ki, tərkibində çox miqdar duz olan fast-food ürəyə düşməndir. Bunlardan biri də küçə qidalanması olan hot-doq, dönər, burger kimi qidalardır.
“Tərkibində duz, doymuş yağlar, nitrat olduğu üçün bu qidalar ürək sağlamlığı üçün zərərlidir. İnsanlar səhvən elə bilir ki, qırmızı ət ürək-damar sisteminə zərərlidir.
Əslində isə ətin özü yox, ətdən hazırlanan konservantlı qidalar – kolbasa, sosis, yarımfabrikatlar, bekon, dönər və s. çoxlu əlavələr və duz olduğu üçün ürəyi gücdən salır və arterial təzyiqi qaldırır”
Medicina.az