İsveçin Geteborq universitetinin alimləri ürək-damar sistemi üçün ən təhlükəli qəhvəni tapıb.
“Medicina” xəbər verir ki, frenç-press yolu ilə hazırlanan, eləcə də filtrə olunmuş qəhvə ən zərərlisidir.
Tədqiqatın nəticələri beynəlxalq Kardiologiya dərgisində çap olunub.
Tədqiqatçılar 20-79 yaş arası 509 min Norveç sakinini analiz edib.
20 illik müşahidələr göstərib ki, filtrə edilmiş qəhvə içənlər kişilərdə ürək-damardan erkən ölüm 20% azalır.
Gündə 2-4 fincan filtrə edilmiş qəhvə içənlərdə də ölüm faizi azdır.
Ən təhlükəlisi frenç-press üsulu ilə hazırlanan qəhvə olub.
Bu qəhvədə filtrasiya olmadığı üçün qanda xolesterini artırır, damarları tutur, onlarda zərərli maddələr 30 dəfə çoxdur.
Belə qəhvəni tez-tez içmək olmaz.
Aygün M