Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək üçün ən faydalı yağlar müəyyən olundu

  • 2024.07.12 12:52
  • 1108 Baxış
Ürək üçün ən faydalı yağlar müəyyən olundu
Çalmers Texnologiya Universiteti (İsveç) və Almaniya İnsan Qidalanma İnstitutunun alimləri müəyyən ediblər ki, doymamış yağlarla (bitki yağları) zəngin qidalara üstünlük vermək və kərə yağından imtina etmək ürək-damar xəstəliklərinin, eləcə də 2-ci tip diabetin inkişaf riskini azaldır.

Medicina.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Tədqiqatda 113 nəfər iştirak edib. 16 həftə ərzində bir qrup doymuş heyvan yağları ilə hazırlanmış yeməklər yeyib, digər qrup isə bitki mənşəli doymamış yağlarla zəngin qidalanma rejiminə əməl edib.

Doymuş yağlar bərk konsistensiyaya malikdir və əsasən heyvan mənşəlidir. Onlar donuz piyində, kolbasalarda, pendirdə, qaymaqda, süddə, həmçinin bəzi bitki məhsullarında - palma və kokos yağlarında olur.

Doymamış yağlar bitkilərdən - kanola, günəbaxan, kətandan alınır.

Təcrübəni başa vurduqdan sonra alimlər laboratoriya testləri üçün iştirakçılardan qan nümunələri götürüb və könüllüləri izləməyə başlayıblar. Bir neçə illik müşahidələr ərzində tədqiqatçılar ürək-damar xəstəlikləri və şəkərli diabet qeydə alıblar.

Məlum olub ki, bitki mənşəli, doymamış yağla zəngin olan qidaları qəbul edən insanlar doymuş yağlara üstünlük verənlərə nisbətən bu patologiyaları daha az yaşayırlar.

Alimlər izah ediblər ki, sağlam bitki yağlarının (zeytun, kətan toxumu) istehlakı qanın lipid (yağ) profilini yaxşılaşdırmağa kömək edir. Lipid trigliseridlərin və ümumi xolesterolun səviyyələrini təyin edir. Bədəndə bu birləşmələrin normal konsentrasiyası ilə ateroskleroz, hipertansiyon və digər ürək və damar xəstəliklərinin inkişaf ehtimalı azalır.


Aysel