Omeqa 3 yağ turşusu ilə zəngin losos ürək üçün ən faydalı balıq elan edilib.
“Medicina” xəbər verir ki, həkim Mariyat Muxina bu balığın qan-damar sisteminə təsirini açıqlayıb.
“Omeqa 3 qanı duruldur, trombdan qoruyur, pis xolesterini salır.
Balıq ateroskleroz, işemik xəstəlik, insult və infarktdan qoruyur.
Bu baxımdan ürək üçün skumbriya, farel və sardina da faydalıdır.
Omeqa təkcə balıqda deyil, qoz, kətan toxumu, küncüt və çiada boldur.
Yaşlı insanlar üçün ən zərərli balıq isə tilapiyadır. Onda ağır metallar çoxdur”.
Aygün