Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək tutmasını bir damla qan analizi ilə təyin edəcəklər – Yeni metod

  • 2019.08.20 17:52
  • 7089 Baxış
Ürək tutmasını bir damla qan analizi ilə təyin edəcəklər –  Yeni metod
Dünya tibbində ürək ağrıları hiss edən xəstələrə  kardioqramma ilə yanaşı yeni qan testi də təklif ediləcək. Yeni analizlə 15 dəqiqə içində 

xəstədə infarkt, ürək tutması olub-olmaması  məlum olacaq.


Bu analizi hətta təcili yardım briqadaları yerindəcə edə biləcək. 

Analiz xüsusi miozin zülalının miqdarının qanda ölçülməsi mexanizmi ilə işləyir. 


Ürək əzələsinin kəskin zədələnməsi və yığılması zamanı qanda sürətlə artır. 

Testi aparmaq üçün diabet xəstəliyində olduğu kimi barmaqdan qan alan qlükometr hazırlanır.