Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat olunub

  • 2019.05.15 11:00
  • 5268 Baxış
Ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat olunub
"Hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”. Medicina.az xəbər verir ki, bunu "Xalq qəzeti”nə müsahibəsində İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z. Əliyev həmçinin pilot layihələrin tətbiq edildiyi rayonlarda əhaliyə göstərilən xidmətlər barədə statistikanı da açıqlayıb. O, bildirib ki, mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulatorpoliklinik gəlişlərin sayı 1,1 milyon olmuş, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib: "Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artıb. 2017-ci ildə cərrahi əməliyyatların sayı 9645, 2018- ci ildə isə 9346 olub. Ürək əməliyyatlarının sayı 2017-ci ildə 375, 2018-ci ildə isə 112 təşkil edib. Bununla yanaşı, İTS-in tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilərək sağlamlıqlarına qovuşublar”.