Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək problemindən ölüm ən çox hansı gün baş verir?

  • 2023.05.31 19:26
  • 1507 Baxış
Ürək problemindən ölüm ən çox hansı gün baş verir?
Ürək problemləri olan insanlar xüsusi günlərdə ehtiyatlı olmalıdırlar. Elə günlər var ki, belə xəstələr çolə çıxmamalıdır. Bu onları ölüm riski ilə üz – üzə qoyacaq.


“Medicina” xəbər verir ki, Bialystok Tibb Universitetinin alimləri müəyyən ediblər ki, ürək çatışmazlığından əziyyət çəkən xəstələr havanın çirklənməsinin yüksək olduğu günlərdə daha çox ölürlər.


Alimlər 2016-cı ildən 2020-ci ilə qədər Şərqi Polşanın beş əsas şəhərində ölümlə bağlı məlumatlardan istifadə ediblər.
Müxtəlif şəhər ərazilərində hava çirkləndiricilərinin konsentrasiyası (PM2.5 və PM10) Ətraf Mühitin Mühafizəsi Müfəttişliyindən əldə edilmişdi.

Həmin ərəfədə hava bir müddət sora təmizlənsə də müəyyən qədər havada çirklənmə hələ də var idi.

Havanın çirklənməsini telefon tətbiqləri göstərir. Bu günlərdə açıq havada məşq və gəzintilərə ara verilməlidir. Mümkün olsa həmin ərazidən bir müddət uzaqlaşmalıdır. Evdə isə xüsusi hava təmizləyicilərindən istifadə etməlidir.

Ümumilikdə, nəticələr göstərir ki, havanın çirklənməsinin azaldılması ürək çatışmazlığının pisləşməsinin qarşısını ala bilər.

Aygün Musayeva