Şaxtalı hava ürək-damar sistemi zəif olanlar üçün təhlükə daşıyır.
“Medicina” xəbər verir ki, kardioloq Vladimir Xoroşev tranzitor işemik atak və infarkt keçirən xəstələri xəbərdar edib.
“Şaxta hipertonik xəstəlik, ürək xəstəliyi, beyin qan dövranı pozğunluğu olan xəstələrə şaxta neqativ təsir göstərir.
Yaşlı adamlar soyuqda küçədə, həyətdə iş görsə, məsələn, qar təmizləsə damar spazmından vəziyyəti pisləşə bilər.
Qar təmizlədikdə, iş gördükdə, şaxtalı havada gəzdikdə 5 dəqiqədən bir pauza vermək lazımdır.
Əgər aktivlik zəflik, spazm, ürəkdə tövşümə yaradırsa, mütləq həkimə müraciət etmək lazımdır.
Ürək problemləri olanlar qışda pilləkənlə, ekskalatorla az çıxıb-düşməli, metrodan istifadə etməməlidir. Eləcə də soyuqdan istiyə, istidən soyuğa qəfil keçmək olmaz.
Evdən çıxanda kandarda, blokda bir iki dəqiqə dayanıb, bir neçə dəfə dərindən nəfəs alıb verin”.
Aygün Musayeva