Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək genişlənməsi nədir? – Əlamətlər

  • 2023.07.19 22:48
  • 6421 Baxış
Ürək genişlənməsi nədir?  – Əlamətlər
Nəfəs darlığı və yorğunluq ürəyin genişlənməsini göstərə bilər.

Bu zaman ürəyin ölçüsündə və ya divarlarının qalınlığında artım ola bilər. Ürəyin patologiyalarından biri onun ölçüsündə artım və ya hipertrofik kardiyomiyopatiyadır.

“Medicina” xəbər verir ki, kardiocərrah Andrey Lısenkonun sözlərinə görə, hipertrofik kardiomiopatiya, sol miokardın (1,5 sm-dən çox) və/və ya sağ mədəciyin böyüməsi ilə müşayiət olunan genetik miokard xəstəliyidir.

“Ürək xəstəlikləri və ya bəzi digər xroniki patologiyaları olmayan bir insanda da ürək genişlənməsi baş verə bilər. Çox vaxt xəstəlik 30-40 yaşlı insanlara təsir göstərir. Amma uşaqlarda da yarana bilər.

Nəfəs darlığı və yorğunluğun ürəyin böyüməsini göstərə bilər:

• Nəfəs darlığı.
• Sinə içində ağrı və ağırlıq
• Fiziki fəaliyyət üçün aşağı dözümlülük, hər hansı bir fəaliyyətlə tez yorğunluq hissi yarandıqda
• Ürək döyüntüsü pozğunluqları
• Bayılma
• Yetkinlik dövründə yüksək qan təzyiqi.


Bu patoloji hal uşaqlıqda baş verərsə, onun sonrakı inkişafı ölümə qədər təhlükəli və ağır ağırlaşmalara səbəb ola bilər”.

Günay Quluzadə