Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək əməliyyatından sonra xəstələr nə etməlidir?

  • 2022.05.21 15:29
  • 8491 Baxış
Ürək əməliyyatından sonra xəstələr nə etməlidir?

Ürək əməliyyatları kimi böyük cərrahi müdaxilələr orqanizmdə bəzi metabolik və fizioloji dəyişikliklərə səbəb olur. Bu xoşagəlməz dəyişiklərdən qorunmaq lazımdır.


Əməliyyatdan sonra diqqət edilməsi lazım olan ən önəmli məqam - sonrakı müalicəni düzgün və həkiminizin istiqamətləndirdiyi kimi aparmaqdır.

Medicina.az xəbər verir ki, ürək cərrahı Cabir Gülmalıyev ürək əməliyyatı keçirmiş pasiyentlərə bir sıra tövsiyələr verib.

- Ürək əməliyyatı keçirmiş xəstələr əməliyyatın 4-cü günü ilk dəfə duş qəbul edə bilərlər. 5-ci gün müalicələr tərtib olunur, son tövsiyələr verilir, müayinə edilir evə yola salınırlar.

- Əməliyyatdan sonrakı erkən dövrdə xəstənin bütün bədən funksiyaları yaxından izlənilir. Ehtiyac olarsa, qidalanma dəstəyi təyin olunur (duzsuz, vitaminli, bol maye).

- Əməliyyat sonrası həkim nəzarəti olmadan dərmanların kəsilməsi qəbuledilməzdir (xüsusilə qapaq əməliyyatı keçirmiş xəstələrdə).
- Əməliyyatdan sonra ürəyi çox gücə salmaq olmaz. Lakin fiziki aktivlik hər zaman tövsiyə olunur.