Ürəkdə xəstəliklər, tromboz, varikoz təyyarə uçuşları üçün təhlükəsiz deyil.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirliyinin nümayəndəsi, həkim Roman Qorenkov aviauçuşların orqanizm üçün stress olduğunu bildirib.
“İnsan uzun saatlar oturaq vəziyyətdə, yüksək atmosfer təzyiqində qalır. Xroniki ürək-damar problemləri olanlar üçün bu potensial təhlükə ola bilər.
Ürək damarları tutulması, yüksək təzyiq, varikozu, trombozu olanlarda uçuşdan əvvəl və sonra ümumi vəziyyət nəzarət altında olmalıdır.
“Bir neçə saat ayaqların qatlanmış vəziyyətdə qoyulması tromb əmələ gəlməsinə səbəb ola bilər.
Varikoz və qan qatılığı olan xəstələr uçuşdan əvvəl tromba qarşı antikoaqulyant qəbul etməlidir.
Yaşlı kişilərdə prostat adenoması varsa, onlar üçün də təyyarə risklidir.
Təyyarədə uzun müddət oturmaq qan dovranını pozur və prostat problemi artır. Bu kişilər uçuşdan əvvəl və təyyarədə maye qəbul etməməlidir.
Eşitmə, tənəffüs və ürək-damar problemi olanlar üçün uçuş hər zaman risklidir. Onlar hər uçuşdan sonra mütləq yoxlanmalıdır”.