Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək-damarları qorumaq üçün nə qədər gəzməlisiz?

  • 2022.02.15 18:25
  • 2396 Baxış
 Ürək-damarları qorumaq üçün nə qədər gəzməlisiz?

Damarların aterosklerozu – tıxanması ürəkdə infarkt və insultun birinci səbəbidir. Eləcə də həkimlər damar tıxanmasının diabet əmələ gətirdiyini bildirir.


Medicina.az xəbər verir ki, həkim endokrinoloq Tatyana Rutkovskaya ürək-damarları qorumaq üçün həftədə 150 dəqiqə - bunu günlərə bölmək lazımdır – aerobika məşqləri etməyi məsləhət görüb.

Optimal variant – sakit şəkildə gəzmək, Skandinaviya gəzişi və üzməkdir.
Ürəyi qorumaq üçün artıq çəkini azaltmaq lazımdır.


Gündəlik kalorini yeməyi 4-5 yerə bölməklə paylaşdırmaq olar.

Belə ki, gündəlik kalorinin 25% səhər yeməyi, günorta yeməyi 35%, axşam yeməyi 15% olmalıdır. Qalan faizləri yemək aralıqlarına bölüşdürün.


Eləcə də bel dairəsinin, qarın hissənin incəlməsinə çalışmaq lazımdır.
Birdən yox, tədricən bədən çəkisini 1 il ərzində 20% azaltmaq ürək-damarları kifayət qədər sağlamlaşdırır.