Piter alimləri yeni tibbi cihaz hazırlayıb. Onun vasitəsilə insan özü ürək-damar sisteminin vəziyyətini müşahidə edə biləcək.
"Medicina" xəbər verir ki, bu smartfon vasitəsilə insan özü təzyiqi, ürək ritmi, nəvzi, tromboz və varikozu aşkar edə biləcək.
Sankt-Peterburq Politexnik universitetinin alimləri insanları ürək-damar ölümlərindən qorumaq üçün diaqnostikanı asanlaşdırıblar.
"Biz optik ötürücü hazırlamışıq, onu arteriyaya yaxın dəriyə bərkidirlər, ürək qanı qovana aortadan damarlara dalğa hərəkət edib onları genişləndirir.
Damarlarda baş vermiş deformasiyanı öyrənməklə biz ürək-damar sistemi barədə informasiya alırıq. Dalğalar smartfona qayıdır, burda o videokameraya fiks olunur.
Smartfonda olan proqram özü nəticə çıxarıb diaqnozu təxmin edir.
Bu sadə cihaz hər evdə olarsa, insanlar vaxtında ürək-damarlarından xəbərdar olar- deyə layihə rəhbəri Nikolay Uşakov deyib.
Aygün Musayeva