Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

  • 2024.05.08 13:35
  • 707 Baxış
Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri hazırlanır.

Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu institutun direktoru, professor Gülnaz Dadaşova sağlam həyat tərzinin təşviqi, eyni zamanda, yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçün keçirilən maarifləndirici tədbirdə bildirib.

“Bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə aparılan müayinələr xüsusi əhəmiyyət kəsb edir və əldə olunan nəticələr milli registrə əlavə olunacaq. Registr respublikada ürək-damar sistemi xəstəliklərinin qarşısını almağa, erkən diaqnostika və statistik araşdırılmasına, bu artımı azaltmağa zəmin yaradacaq”, - deyə o qeyd edib.