Superfood qidalar siyahısına yeni qida daxil olub: URBEÇ
Dağıstanda hazırlanan və dağıstanlılarıni deserti olan URBEÇ toxumların, tumların qovrulmasından alınan şirin pasta kimi kütlədir.
Qoz, fındıq, badam, araxis, küncüt, kətan toxumu və s. kimi toxumların ləpəsi qovrulduqdan sonra xüsusi daş əl dəyirmanından elə keçirilir ki, ləpə toza yox, öz yağında həll olan kütləyə çevrilir.
Əslində Urbeçin tarixi XVII əsrə gedib çıxır. O vaxt Dağıstan çobanları dağlara gedəndə özləri ilə 3 ərzaq mütləq götürürdülər: su, lavaş və urbeç. O vaxt urbeç kətan toxumundan, ərik çəyirdəyi və qozdan hazırlanırdı. Urbeçdən 1-2 qaşıq yemək kifayətdir ki, insanı lazım olan maddələrlə təmin edib tox tutsun və enerji versin. İtirilmiş gücü qısa müddətdə qaytarır, xəstəliklərə qarşı qalxan idi. Deyilənə görə, məhz urbeç Qafqaz dağ adamlarının uzunömürlük sirridir.
Urbeçin tərkibində çoxlu amin turşuları, yağ turşuları, vitamin, mikroelementlər, zülal vardır.
Onu fiziki və zehni yorğunluğu olan zəif adama dərman kimi verirdilər. Çünki immuniteti qısa müddətə qaldırır, insanı qüvvətləndirir.
Urbeç ağ və qara küncütdən, kətan toxumundan, fındıq, araxis, qoz, ərik çəyirdəyindən hazırlanır. Xüsusən ərik çəyirdəyindən hazırlanan urbeç ən qiymətlisidir. Çünki onda deyilənə görə, xərçəngin qənimi olan B17 vitamini var.
Dağıstanın püstədən olan urbeçi qanazlığında super təsir edir.
Fındıq ləpəsindən olan urbeç sümükləri möhkəmlədir, ürəyin işini yaxşılaşdırır, təbii antioksidantdır.
Dağıstanda urbeçi balla hazırlayırlar. Bala tımiz kərə yağı qatıb, su hamamında isidir və sonra urbeç pastası əlavə olunur.
Qeyri-adi toxumlardan olan urbeç: üzüm çəyirdəyi, alma çəyirdəyi, şaftalı, günəbaxan, lalə toxumu, balqabaq tumu və s.
Sifariş etmək istəyirəm qiyməti