Çox insanlar özləri özlərini unutqanlığa proqramlayır. Onlar özlərinə təlqin edirlər ki, yaddaşları pozulub.
"Medicina" xəbər verir ki, psixoterapevt Artem Tolokonin yaddaş zəifləməsinin gözlənilməz səbəbini açıqlayıb.
"Bəzi insanlar beyinlərin degenerativ xəstəlik olmasa da, özlərini pis yaddaşa proqramlaşdırır.
Yaddaşın pozulmasının 2 səbəbi var: orqanik, yəni beyinlə əlaqəli və emosional.
Orqanik beynin zədələnməsi, xəstəliyi, yaşlanma, intoksikasiya, viruslar.
Alkoqollu içki də beyini zəhərləyir, bu zaman insanın beyni yaxşı işləmir.
Emosional pozuntu isə nevroz, depressiya, stress səbəbindən insanın davranışlarıdır.
İnsan tez yorulur, yeni informasiyanı qəbul etmir, nəyi hara qoyduğunu unudur.
Bu zaman o, "yaddaşım pozulub, unutdum, çətin yada salam, artıq beləyəm" deyərək, özlərini sonrakı yaddaş zəifliyinə proqramlaşdırır və buna inanır.
"Pis yaddaşla bağlı fikir uşaqlıqdan formalaşır, əgər valideynlər tez-tez uşağa sən beyinsizsən, huşsuzsan, yadında qalmır deyirsə bu sözlərlə gələcək emosional yaddaş pozuntusunun özülü qoyulur.
Artıq 30 yaşda insanlar real olaraq yaddaş pozuntusu yaşayır.
Yaddaşı yaxşılaşdırmaq üçün ilk növbədə onun səbəbini tapmaq lazımdır: orqanikdirsə müalicəsi fərqlidir.
Daha sonra psixoterapevtlə iş və beynin məşqləri başlanılır".
Aygün Musayeva