Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Unudulmuş ölümcül qızdırma geri qayıdıb?

  • 2025.03.24 14:38
  • 508 Baxış
Unudulmuş ölümcül qızdırma geri qayıdıb?


Reunion adasında ağcaqanad dişləməsi ilə ötürülən viral infeksiya olan tropik qızdırmasına yoluxmada artım qeydə alınıb.


“Medicina” xəbər verir ki, avqustdan bəri adada 8,5 mindən çox yoluxma halı qeydə alınıb. Xüsusilə kəskin artım martın əvvəlində baş verib, yalnız bir həftə ərzində 2,888 yeni hadisə aşkar edildi və 77 xəstə təcili yardım şöbələrinə qəbul edildi.

Çikungunya qızdırması oynaq ağrılarına səbəb olur ki, bu da xəstələrin hərəkətini çətinləşdirir.

Virus iki növ qansoran böcəklər tərəfindən daşınır ki, bu da Dengə və Zika daşıyıcıları kimi tanınır. Yerli hakimiyyət adaya əlavə həkim briqadaları və zərərvericilərə qarşı mübarizə mütəxəssisləri göndərib - hər gün böcəklərin yayıldığı ərazilərdə xəstələrin müalicəsi üçün ümumilikdə 150-yə yaxın insan iştirak edir.

Madaqaskarın şərqində yerləşən Reunion artıq oxşar epidemiya ilə üzləşib: 2005-2006-cı illərdə adanın hər üçüncü sakini virusa yoluxub. Mütəxəssislər, təcili tədbirlər görülməsə, yeni dalğanın bu miqyasda təkrarlana biləcəyindən qorxurlar.

Qeyd edək ki, uzun illərdir bu virus və qızdırma sönmüşdü.


Aygün Musayeva