Türkiyənin Diyarbəkir şəhərindəki Dicle Universitetinin xəstəxanasında 74 personal ürəkbulanma və ishal şikayətləri ilə təcili xidmətə müraciət edib.
Medicina.az xəbər verir ki, işçilərin qidadan zəhərləndiyi ehtimal edilir.
Məlumata görə, dünən axşam saatlarında xəstəxananın təcili yardım şöbəsinə ürəkbulanma və ishal şikayətləri ilə 74 xəstəxana işçisi müraciət edib. İlkin müayinələr nəticəsində simptomların qida zəhərlənməsinə işarə etdiyi anlaşılıb.
Xəstəxananın Baş həkimi Prof. Dr. Mehmet Ata Alik hadisə ilə bağlı yazılı açıqlama verib: “Heyətimizin vəziyyəti nəzarət altındadır və lazımi tibbi müdaxilələr aparılır”.
O, hadisənin səbəbi ilə bağlı ətraflı araşdırma başladıldığını və nəticələrin ən qısa zamanda ictimaiyyətlə paylaşılacağını vurğulayıb.
Aysel