Kovid və digər bağırsaq infeksiyaları tualetdən bütün ətrafa, hətta binaya yayıla bilər.
Buna görə də tualetdən istifadədən sonra suyu çəkəndə əvvəlcə unitazın qapağı örtülməlidir.
Medicina.az xəbər verir ki, bu nəticəyə Avstraliya Milli Universitetinin alimləri elmi tədqiqatın nəticəsində gəliblər.
İctimai tualetlər təhlükəli infeksiyalar, o cümlədən koronavirusun ticarət mərkəzləri, restoran, ofis binalarında yayılmasına səbəb olur.
Tədqiqat göstərib ki, unitazların açıq qalması və zibil verdələri, əllər üçün elektroquruducular, borulardan sızıntılar infeksiyanın bütün binaya yayılnasına təkan verir
Bu zaman orda çalışanların əllərini spirtləməsi belə məsələni həll etmir.
Suyu çəkərkən unitazın içindən kənara sıçrayan bioaerzollar virusu havaya və ətrafa sıçradır və zərrəciklər havada metrlərlə sahədə 1 saata qədər uçuşur.
Bu da tualetdə 15 dəqiqə maskasız əyləşən insanın yoluxması üçün kifayətdir.
Elektrik əl quruducularından çıxan isti hava kütləsi isə otaqda olan virusları binaya doğru qovur. Eləcə də qapaqsız zibil qabları, ordakı salfetlər də rol oynayır. Ümumi binada ventilyasiya sistemi virusu və patogen bakteriyaları bütün binaya yaya bilir.
Ona görə ictimai tualetdə suyu çəkərkən unitazın qapağı mütləq bağlanmalı, mümkün qədər elektrik quruducu yox, isti su və sabunla əllər yuyulanmalı və spirtlənməlidir.