"Azərbaycanda tibbi sığorta ilə bağlı elə bil model tapmaq lazımdır ki, keyfiyyətli xidmət göstərilsin, hamı üçün əlçatan olsun. Yəni, lazım olan yerdə və daima keyfiyyəti saxlayaraq xidmət göstərmək çox vacibdir”.
Medicina.az xəbər verir ki, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən model səhiyyə xidmətlərinin daha da genişlənməsinə imkan verəcək: "Xüsusilə valideynlər görürlər ki, bu cür tibbi sığorta var bu da minimum zərfdəki modelləri öz uşaqları üçün təqdim edir. Tariflərin əmək bazarına uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. İnanırıq ki, səhiyyə sistemində çalışanların məvacibləri, preparatların, infrastrukturun daha geniş kütləyə əlçatanlığı təmin ediləcək. İnkişaf etmiş ölkələrdə həm dövlət, həm də özəl xəstəxanalarda keyfiyyət standartlarının tətbiq edilməsi çox böyük əhəmiyyət kəsb edir. Ölkədə bu layihənin tətbiqi insan kapitalına qoyulan investisiyadır. Bu proqramların gözəl nəticəsini daha çox ailəyə əlçatan olmasını səbrsizliklə gözləyirik".