Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ümumi qan və sidik analizi xərçəngi göstərirmi? – CAVAB

  • 2020.03.11 20:53
  • 2752 Baxış
Ümumi qan və sidik analizi xərçəngi göstərirmi? –  CAVAB

Belə bir mif var ki, əgər qanın və sidiyin ümumi analizində hər şey normadırsa, o zaman insanda ciddi xəstəlik yoxdur.


Medicina.az xəbər verir ki, Avropa Onkologiya Cəmiyyətinin üzvü Mixail Laskov bildirib ki, qanın ümumi analizinin yaxşı göstəriciləri o demək deyil ki, insan tam sağlamdır və onda bədxassəli proses getmir.


Müəyyən hədd və vaxta qədər onkoloji xəstəliklər heç bir analizdə dəyişiklik yaratmaya bilir.

“Qanın və sidiyin ümumi analizi orqanizmdə iltihabi və virus xəstəliklərini göstərə bilər. Qanın tərkibində dəyişikliklər adi qripdən tutmuş göbələk, kist və iltihabdan qaynaqlana bilər. Hətta onkomarkerlərin yüksəlməsi də bəzən xərçəngə aid deyil. Digər problemləri göstərə bilər. Bir çox şişlər vardır ki, onkomarkerləri yüksəltmir. Onkomarker analizləri yalnız diaqnoz qoyulandan sorna müalicənin effektivliyini qiymətləndirmək üçün həkimə lazım olur”.


Ona görə də ümumi qan analizim yaxşı çıxdı deyib, arxayın olmaq və hər şeyi qan analizinə bağlamaq olmaz.