Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ümumi qan analizində onkoloji xəstəliyi görmək olurmu? - Hematoloqdan açıqlama

  • 2022.02.16 14:07
  • 3124 Baxış
Ümumi qan analizində onkoloji xəstəliyi görmək olurmu? -  Hematoloqdan açıqlama
Ümumi qan analizində görünən bəzi dəyişikliklər orqanizmdə onkoloji prosesdən xəbər verə bilər.

Medicina.az xəbər verir ki, bu barədə hematoloq Andrey Noviçkiy açıqlama verib.


Bədxassəli proseslərin orqanizmdə ola biləcəyini göstərən analiz eritrositlərin çökmə sürətidir- EÇS və ya SOE. Normalda o 20-dən yuxarı olmamalıdır.


Əksər hallarda bu digər iltihabi proseslərdə də qalxır, amma sonra enməlidir.

Eləcə də trombositlərin, eritrosit və leykositlərin normadan çox kənara çıxması, trombositlərin həddən artıq yüksəlməsi də onkologiyaya işarə ola bilər.

Ona görə də hər bir vətəndaş ildə 2-3 dəfə qan ümumi analiz verib, poliklinikada dispanserizasiyadan keçməlidir.

Qan ümumi analizini yalnız terapevtiniz incələyə bilər.

MEDICINA.AZ