Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ümid var ki, məhz Omikron ştammı ilə koronavirus zəifləyəcək - Professor Alşteyn

  • 2021.11.30 17:40
  • 1750 Baxış
Ümid var ki, məhz Omikron ştammı ilə koronavirus zəifləyəcək -  Professor Alşteyn
“Delta Omikrona nisbədən daha aşağı sürətlə yayılmışdı. Onu 2020-ci ilin noyabrında aşkar etdilər, amma bizə 4-5 ay sonra çatdı. Omikron isə 2 həftə ərzində dünyaya yayılıb. Virusun sürətlə yayılmasından yox, daha aqressiv və patogen olmasından qorxmaq lazımdır”


Medicina.az xəbər verir ki, bunu professor virusoloq Anatoliy Alşteyn bildirib.

“Ümid var ki, məhz bu ştammda ağır gedişat və ölüm sayı az olacaq. Çünki bu vaxta qədər Omikrondan ölüm faktı qeydə alınmayıb. Daha çox sağlam, möhkəm gənclər yoluxub. Halbuki Delta uşaq və gəncləri daha tez ağırlaşdırırdı. Bu da məhz Omikronla koronavirusun zəifləyib, qrip kimi olacağı fikrini artırır.

Yeni mutasiyada 30-dan çox spayk-zülal (yəni virusun üzərindəki tac çıxıntılar) olması onu göstərir ki, virusun geni stabil deyil. Belə infeksiyalar daha az təhlükəli olur”.