Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Ümid Allaha qalıb" - Koronavirusa yoluxmuş jurnalistin qardaşı

  • 2021.10.18 16:18
  • 1561 Baxış
"Ümid Allaha qalıb" -  Koronavirusa yoluxmuş jurnalistin qardaşı
"Elnur Əşrəfoğlunun vəziyyəti kritik ağır olaraq qalır".

Bu barədə Unikal.org-a onun qardaşı Rəşad Şükürov məlumat verib. Onun sözlərinə görə, jurnalistin ümumi vəziyyətində heç bir irəliləyiş yoxdur:

"Ağır olaraq qalır. Heç bir irəliləyiş yoxdur. Qan axtarılırdı. Şükürlər olsun ki, tapıldı. Amma biz hər gün həkimi ilə əlaqə saxlayırıq. O, əllərindən gələni etdiklərini bildirir. Ümid yalnız Allahadır".

Qeyd edək ki, tanınmış jurnalist Elnur Əşrəfoğlu bir müddət əvvəl koronavirusa yoluxub. O, hazırda "Yeni klinika"da müalicə alır.