Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ultra işlənmiş qidalarla bağlı qalmaqallı araşdırma – Erkən ölüm riski...

  • 2024.05.13 19:21
  • 926 Baxış
Ultra işlənmiş qidalarla bağlı qalmaqallı araşdırma –  Erkən ölüm riski...
30 illik araşdırma göstərir ki, həddindən artıq ultra işlənmiş qidalar yemək vaxtından əvvəl ölüm riskini artırır.

Medicina.az xəbər verir ki, hazır yeməklər, qazlı içkilər və dondurmalar insan sağlamlığı üçün böyük təhlükə yarada bilər.

Bunu ABŞ-ın Harvard Universitetinin alimləri bildiriblər. Onlar 34 il ərzində 115 000 sağlam amerikalı, yetkin insanı izləyiblər. Gündə təxminən yeddi porsiya zərərli qida yeyən iştirakçılar arasında qeydə alınan ölüm halı onların yarısı qədər işlənmiş qida yeyənlərdən dörd faiz çox olub. Bu isə 100 000 adam başına ildə əlavə 64 ölümə bərabərdir.

Risk çox kiçik olsa da, komanda onların tapıntılarının müəyyən işlənmiş qida növlərini məhdudlaşdırmaq üçün çağırışlar etməyə kifayət etdiyini bildirirlər.

Yeni araşdırma onilliklər ərzində xərçəng və demensiya ilə əlaqəsi bilinən ultra işlənmiş qidaların sağlamlıq üçün digər risklərini də üzə çıxarıb. 34 illik təqib zamanı tədqiqatçılar arasında 48 193 ölüm, o cümlədən 13 000-dən çox xərçəng, 11 000-dən çox isə ürək-damar xəstəlikləri qeydə alınıb. Bununla belə, həddindən artıq işlənmiş qidalarla xərçəng və ya ürək xəstəliyindən ölümlər arasında heç bir xüsusi əlaqə müşahidə edilməyib.

“British Medical Journal”da araşdırmalarını dərc etdirən elm adamları bildiriblər ki, "tapıntılar uzunmüddətli sağlamlıq üçün müəyyən növ çox işlənmiş qidaların istehlakını məhdudlaşdırmağa dəstək verir".

Bununla belə, bəzi ekspertlər araşdırmanı tənqid ediblər. Kembric Universitetinin professoru Deyvid Spiqelhalter deyib ki, bu tədqiqat ultra emal edilmiş qidaların erkən ölümlə "zəif" əlaqəsini göstərir.

Reading Universitetinin qidalanma və qida elmləri üzrə eksperti, professor Günter Köhnli də tədqiqatın aparılma üsuluna görə "nəticələrin nə qədər etibarlı olduğunu bilməyin mümkün olmadığını" söyləyib.


Aysel