İşğal olunmuş Azərbaycan torpaqlarının azad olunması uğrunda cəbhədə döyüşlər başlayan andan müxtəlif qurumlar, şirkətlər və ayrı-ayrı fərdi şəxslər ordumuza öz dəstəklərini göstərməyə çalışırlar.
“BakuPost” xəbər verir ki, şirkətlər Azərbaycanın Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə köçürürlər, ön cəbhəyə yardımlar göndərirlər. Həmin şirkətlər sırasına “Ulduz taksi” (*5000) və “Sürət taksi” (*8811) şirkətləri də qoşulub. Şirkətlər ön cəbhədə vuruşan əsgərlərə maddi yardım göstəriblər. “Ulduz taksi” (*5000) üç min, “Sürət taksi” (*8811) isə iki min manat məbləğində fonda vəsait köçürüblər.
Şirkətlər daim maddi və mənəvi olaraq əsgərlərimizin yanında olduğunu, dəstəyini onlardan əsirgəməyəcəklərini bildirir. Qələbə xəbərləri ilə Azərbaycan xalqını sevindirməklərini arzu edir.