Müharibəyə görə bir milyondan çox uşaq Ukraynanı tərk edib
Rusiyanın hücumu ilə əlaqədar artıq bir milyondan artıq uşaq Ukraynanı tərk edib.
Bu barədə UNICEF-in məlumatında qeyd olunub.
Bildirilib ki, ukraynalı uşaqların çoxu Polşa, Slovakiya, Moldova və Rumıniyaya qaçıb.
Xatırladaq ki, Ukrayna tərəfi müharibə nəticəsində 71 uşağın həlak olduğunu, 100-nün yaralandığını bildirib.