Ukraynanın Ternopol vilayətində üç aylıq körpədə koronavirus aşkar edilib.
Körpənin müalicəsinə başlanılıb. Həkimlər onun vəziyyətinin yaxşılaşmağa başladığını qeyd edib.
Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ölkədə koronavirusa yoluxma sayı 1668-ə çatıb.
COVID-19 indiyə qədər 52 nəfərin həyatına son qoyub.