Bundan sonra hər xəstəyə kontrastli MRT etdirmək mümkün olmayacaq. Ukraynada MRT zamanı istifadə olunan Qadoliniyi qadağan ediblər.
Yalnız kontrastsız MRT diaqnoz qoymaq üçün yararlı olmadığı halda, çıxılmaz vəziyyətdə bu preparat xəstəyə tətbiq oluna bilər.
Həkimlər hesab edir ki, MRT zamanı xəstəyə verilən yodtərkibli preparat və qadoliniy çoxlu əks-təsirlərə malikdir və təhlükəlidir.
Preparatın təsirləri:
-Ağızda metal tamı, baş ağrısı, ürək bulanma, allergik reaksiyalar
-Laktasiya dövründə olan qadınlara qəti qadağandır
-Böyrək çatışmazlığı olan xəstələrdə təhlükəlidir
Bu kimi insanlara yalnız təcili hallarda, başqa diaqnostika imkanları zəif olduqda, diqqətli müayinə və analizlərdən sonra tətbiq oluna bilər.