Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ukraynada kovidin yeni dalğası başladı

  • 2022.09.05 15:12
  • 1355 Baxış
Ukraynada kovidin yeni dalğası başladı


Ukraynada koronavirusun yeni dalğası başlayıb.


Medicina xəbər verir ki, səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin açıqlayıb.


Onun sözlərinə görə, Səhiyyə Nazirliyi xəstələrin sayında ciddi artım müşahidə edir və bunu payız dalğasının başlanğıcı hesab edir.

Kuzin bildirib ki, son bir həftədə COVID xəstələrinin satı 9 100 idisə, indi 11 500 nəfərə çatıb.

“Bu, üçüncü ildir ki, sentyabr ayında COVID-19-a yoluxma hallarında artım gözlənilir. Mart-apreldə, bəlkə də mayın əvvəlində xəstələrin sayı azalmağa başlayacaq”, - deyə Kuzin proqnozlaşdırıb.


Aygün