Ukraynanın Mariupol şəhərinin sol sahili yenidən Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.
Şəhər bələdiyyəsinin məlumatına görə, nəticədə doğum evinə ziyan dəyib. Buna baxmayaraq, həkimlər işinə davam edib.
“Doğum evi öz işini davam etdirir! Doğum olur, əməliyyat həyata keçirilir, müalicə edirik! Nə olursa olsun, bu davam edəcək! Bu gün üç körpəmiz dünyaya gəlib! Həyat davam edir!” – deyə Mariupol Şəhər Şurasından bildirilib.