Kiyevdə koronavirusa yoluxmuş bir nəfər aşkarlandı.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat verib. Lakin onlar virusun hansı ştammının, eləcə də xəstənin harda olduğunu açıqlamırlar.
Medicina.az xəbər verir ki, Ukrayna prezidenti Zelenskinin tapşırığı ilə Ukrayna hökuməti koronavirusla bağlı toplantı keçirib.
Ölkədə qrip nümunələrinin analizi göstərib ki, bir nəfərdə koronavirusdur. 67 nümunə içərisində ən çox qeydə alınan A (H1N1)qrip virusu olub.