Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kiyev və digər şəhərlərdə ABŞ tərəfindən maliyyələşdirilən bir neçə hərbi bioloji laboratoriyaların izlərinə rast gəlinməsi barədə açıqlama verib.
Bakupost xəbər verir ki. Ukraynada gedən hərbi əməliyyatlar zamanı Kiyev rəhbərliyinin Ukrayna ərazisində ABŞ-la birgə yaratdığı bioloji laboratoriyalarda tələsik təmizləmə və sübutları məhv etmə əmri verdiyi məlum olub.
Ukraynadakı biolaboratoriya rəhbərlərinə 24 fevraldan etibarən xüsusi təhlükəli virus və bakteriyaların təcili məhv edilməsi tapşırığı verilib.
Bunlara sibir xorası, vəba, tulyaremiya, xolera kimi ölümcül xəstəliklər daxildir.
Ukrayna Səhiyyə Nazirliyinin təhlükəli patogen ehtiyatının operativ şəkildə yox edilməsi barədə sənədləri ələ keçib.
Məlumatlarla Rusiya Xarici işlər nazirliyinin rəsmi saytında tanış olmaq mümkündür.
Hazırda hücum zamanı rus hərbçiləri tərəfindən laboratoriya və elmi mərkəzlərdən əldə edilmiş sənədlər Rusiyanın nüfuzlu mütəxəssisləri tərəfindən araşdırılır.
Bu məlumatlardan belə nəticəyə gəlmək olar ki, Rusiyanın sərhədində bioloji silahların komponentlərinin hazırlanması prosesi aparılırdı.
Ukraynanın bu gizli fəaliyyəti Bioloji və Toksiki silahların hazırlanmasını qadağan edən Beynəlxalq Konvensiyaya ziddir.
ABŞ və onun müttəfiqlərinin postsovet ölkələri ərazisində öz bioloji silah laboratoriyalarını yerləşdirməsi barədə Rusiya dəfələrlə Konvensiya şurasına öz etirazını rəsmi bildirib.
Ukrayna ərazisində əldə olunan bu məlumatlar və izlər sübut edir ki, ABŞ və onun müttəfiqləri Rusiyaya və Konvensiyaya xəbərdarlıq etmədən, sərhəd dövlətlərlə məsləhətləşmə aparmadan Konvensiyanın V və VI mətnlərinin mexanizmini kobud şəkildə pozmuş, bioloji araşdırmalar üzlə əməkdaşlıq üzrə Konvensiyanın tələblərini saymamışdır. Onlar Rusiya sərhədləri yaxınlığına olduqca təhlükəli patogenlər çoxaldılan laboratoriyalar yerləşdirmişlər.
Aygün M.
BakuPost