Mariupolda və digər dağılmış şəhərlərdə vəba epidemiyası baş qaldıra bilər. Bu şəhərlərdə sanitar vəziyyət dəhşətlidir, su çatmır, insanlar təmizlənmir.
Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Ukrayna üzrə nümayəndəsi doktor Dorit Nitsana keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, indi işğal olunmuş ərazilər, xüsusən də Mariupol təhlükə altındadır. Belə ki, burada boruların zədələnməsi səbəbindən içməli su kanalizasiya suları ilə qarışır.