Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ukrayna koronavirusa görə sərhədləri bağlayır

  • 2020.03.13 18:43
  • 2187 Baxış
Ukrayna koronavirusa görə sərhədləri bağlayır

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsi səbəbiylə əcnəbilər üçün sərhədləri iki həftəlik bağlamaq qərarı verib.

Medicina.az xəbər verir ki, qərar martın 15-dən etibarən qüvvəyə minəcək. Ölkədə martın 12-də tətbiqinə başlanan karantin müddəti 3 aprelə qədər davam edəcək.

Qeyd edək ki, hazırda Ukraynada yalnız 1 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənsə də yoluxanların real sayının daha çox olduğu güman edilir.