Martın 11-də Ukrayna hökuməti koronavirusun yayılması ilə mübarizə çərçivəsində ölkə daxilində üç həftə karantin elan edib.
Medicina.az hökumət dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, 200-dən çox insanın iştirak etdiyi kütləvi tədbirlərin qadağan edilməsini irəli sürüb.
İdman tədbirlərinin tamaşaçısız və beynəlxalq təşkilatların icazəsi ilə keçirilməsi gözlənilir. Hökumət, həmçinin epidemiya əleyhinə məhsulların ixracını iyunun 1-dək qadağan edəcək.
Xatırladaq ki, Ukraynada bu günə qədər koronavirusa yeganə yoluxma faktı Çernivtsidə İtaliyadan qayıdan bir şəxsdə qeydə alınıb.