Koronavirusun ilk yayılmağa başladığı Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi aradan qaldırılıb.
Yerli hökumət 11 milyon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.
Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.
Aprelin 8-dən başlayaraq qatarlar sərnişinləri daşımağa başlayıb.
Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.