Çində COVID-19 virusunun ilk dəfə aşkarlandığı və ən çox yayıldığı Uhan şəhərində bütün əhalinin nuklein turşu testindən keçirilməsinə başlanılıb.
11 milyon əhalisi olan şəhərdə səhər saatlarından başlayaraq koronavirus testindən keçmək istəyən sakinlərin uzun növbəsi yaranıb.
Tibbi müəssisələrdən başqa, şəhərin müxtəlif yerlərində xeyli sayda müvəqqəti test məntəqələri fəaliyyət göstərir.