Koronavirus (COVİD1-9) pandemiyasının yayılma mərkəzi sayılan Çinin Hubey əyalətinin paytaxtı Uhan şəhərində virusa yoluxmuş xəstələrin hər biri artıq evə yazılıb.
Medicina.az xəbər verir ki, sonuncu xəstə aprelin 24-də xəstəxanadan evə buraxılıb.
Uhanda 46,4 min nəfər koronavirusa yoluxub. Bu, ümumilikdə Çində virusa yoluxanların yarıdan çoxunu təşkil edir. Yoluxanlardan 3800-ü vəfat edib.