Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çuğundur püresi – Yüz dərdə faydalı

  • 2019.04.29 17:56
  • 18062 Baxış
Çuğundur püresi –  Yüz dərdə faydalı
Çuğundur bir çox xəstəliklərə qarşı, insan orqanizmi üçün ən faydalı və ən ucuz super tərəvəzlərdən biridir.


Orta əsrlərdə Şərqi Avropa və Balkan xalqlarının gündəlik qidalarında çuğundurun bol olması onları vəba epidemiyasından qorumuşdu.

Çuğundurun tərkibində fol turşusu, askorbin, beta karotun vardır. 


Əgər həftədə 2 dəfə çuğundur yesəniz, qaraciyəriniz təmiz, bədən toksinlərdən azad olar.


Medicina.az sizə faydalı və asan çuğundur püresinin reseptini təqdim edir:


Lazımdır:


-Çuğundur -2 ədəd

-Süd – 2 xörək qaşığı

-Kərə yağı – 1 xörək qaşığı

-Un – 1 çay qaşığı

-Duz – zövqə görə


Hazırlanması:


-Çuğundur suda bişirilir, qabığı soyulur. Xırdagözlü sürtgəcdən keçirilir. 

-Sous hazırlanır: Un yağda qarışdırılır. Daha sonra ilıq süddə açılaraq, od üzərində 5 dəqiqə saxlanılır. 

-Çuğundur kütləsini bu sousla qarışdırıb, duzlayıb, bir az soyuducuda saxlayın.

-Süfrəyə verəndə üzərinə xama qoya bilərsiz.